Trend.az

«İlin şirkəti-2011» Milli mükafatının sahibləri məlum oldu

31 oktyabr 2011

Oktyabrın 28-də "Buta Palace" sarayında biznes sahəsində "İlin şirkəti-2011" Milli mükafatının laureatlarının 6-cı təltifetmə mərasimi keçirildi.

Ənənəvi olaraq, təntənəli təltifetmə mərasimini açıq elan edərək mükafatın Təşkilat komitəsinin sədri İbrahim Baharov dedi: "Biz qaliblərin obyektiv surətdə müəyyənləşdirilməsi üsullarına sadiq qalırıq. "İlin şirkəti" Milli mükafatını, həmişə olduğu kimi, ciddi və fəal artım nümayiş etdirmiş, eləcə də öz sektorlarının flaqmanı hesab edilən təşkilatlar alıb. Bu nüfuzlu mükafatın təqdim olunması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasının, eləcə də milli biznesin müsbət imicinin formalaşdırılmasının təzahürüdür. Bütün laureatları təbrik edir və onlara gələcək peşə fəaliyyətində uğurlar arzulayıram", - deyə İ.Baharov öz fikrini yekunlaşdırdı.

"İlin şirkəti-2011" mükafatının sahiblərinin siyahısı aşağıda göstərilir:
1 Azercell Telekom İlin telekommunikasiya şirkəti
2 AzVirt Yol inşaatı
3 Embawood İlin brendi
4 Aqrolizinq İlin lizinq şirkəti
5 Agrointer Ağır texnika və avadanlıqlar
6 Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Dəniz ticarət limanı
7 VERTİ MMC ThyssenKrupp Keyfiyyət nişanı. Yükqaldırıcı qurğular
8 Gök-Nur Bakı LTD Kabel və kabel kanallarının istehsalı
9 İnter Glass Şüşə sənayesi
10 "Ulduz" şokolad fabriki İlin keyfiyyətli məhsulu
11 Fab Boya Boya istehsalı
12 Spark Beton istehsalı
13 Kənan İnşaat və Ticarət BM Beynəlxalq nüfuz
14 Atena MMC Süd və süd məhsullarının istehsalı
15 Titan Group Sənaye və ticarət avadanlıqlarının istehsalı
16 Polar Group Yerüstü daşımalar
17 Abdi Ibrahim Ilac Sanayi ve Ticaret İlin əczaçılıq şirkəti
18 "Bioloji Təbabət" klinikası İlin özəl tibb müəssisəsi
19 "Alpari"-nin rəsmi tərəfdaşı Dünya brendləri Azərbaycanda
20 Xəzər TV İlin televiziya şirkəti
21 Day.Az İlin media şirkəti
22 Media FM İlin radio şirkəti
23 Soliton İlin mağazalar şəbəkəsi
24 Romantic Geyim mağazalar şəbəkəsi
25 Neoclass Eksklüziv keramika və hamam aksessuarları
26 Muya İlin brendi
27 Femina Xəz-dəri mərkəzi
28 Alyans Tekstil Əməyin qorunması vasitələri və personalın təhlükəsizliyi
29 Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi XXI əsr İlin ümumtəhsil mərkəzi
30 Euro Design Memarlıq və dizayn
31 AİF-ESS Control Təhlükəsizlik sistemləri və avadanlığı
32 MDM MMC Memar dizayner və mühəndislər qrupu

Xatırladaq ki, biznes sahəsində "İlin şirkəti-2011" Milli mükafatı, Azərbaycanın ilk işgüzar analitik-informasiya nəşri olan Consulting&Business jurnalı tərəfindən təsis olunub. Bu nüfuzlu mükafat Azərbaycan bazarının ən dinamik iştirakçılarına təqdim olunur və aparıcı şirkətlərin uğurlu fəaliyyətini qeyd etməyə imkan yaradır.