"Komanda işi" bizim uğurlarımızın açarıdır! Biz, tikinti sənayesində hər zaman lider kimi tanınmaq üçün kadrlarımıza davamlı olaraq investisiya qoyaraq gücümüzü və gördüyümüz işin səmərəliliyini artırırıq. Biz "komanda işi"-nə təkan vermək üçün hər zaman işçilər arasında mehriban münasibətlərin yaradılmasını dəstəkləyirik.

Müştərilərin məmnunluğuna böyük əhəmiyyət verən "AzVirt" üçün ilk müştəri işçiləridir. Şirkətin kadr siyasətində korporativ prinsiplərə riayət edilməsi, işçilərin kreativ təşəbbüs göstərə bilmələri üçün rəhbərlik tərəfindən şərait yaradılması ön planda durur.

Şirkətdə tikinti sektorunda uzun illər fəaliyyət göstərmiş peşəkarların bilik və təcrübələri ilə gənc işçilərin enerji və sağlam ambisiyalarının birləşməsi yaradıcı və yenilikçi ideyaların vəhdəti və alınan qərarların sabitliyinə zəmin yaradır.

Peşəkar kadrların hazırlanması, təkmilləşdirilməsi müəssisənin kadr siyasətinin əsasını təşkil edir. Hazırda müəssisədə 1300-ə yaxın əməkdaş çalışır. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı Almaniya və Türkiyədən də mütəxəssislər çalışırlar. "AzVirt"in kadr siyasətinin əsas məqsədi yol tikinti sənayesini yüksək hazırlıq səviyyəsi olan peşəkarlarla təmin etməkdir. İşçilər arasında həm işin elmi-nəzəri, həm də praktiki aspektlərinə hər tərəfli bələd olan mütəxəssislər çalışırlar.

"AzVirt"in rəhbərliyində texniki elmlər doktoru (professor) və texniki elmlər namizədi kimi yüksək ixtisaslı mütəxəssislər vardır ki, onlar öz elmi araşdırmaları ilə şirkətin işinə yeni impuls verirlər. Bu elmi-praktik araşdırmalar nəticəsində müxtəlif mütərəqqi texnologiyalar tətbiq edilir.

Şirkət öz işçi heyətinə təcrübəsi olan peşəkar mütəxəssislərdən başqa həm də işində yaxşı nəticələrə nail olmaq istəyən, peşəkarlığını artırmaq qabiliyyətinə malik olan gənc kadrları da dəvət edir.

"AzVirt" şirkətində işçilər arasında qarşılıqlı hörmət və etibarlılıq prinsipi hökm sürür.